Tikinti və təmir materialları idxalının yarıdan çoxu Türkiyə və Çindən gəlir
Galt&Taggart-ın tikinti və təmir sektoru ilə bağlı sorğusuna əsasən, “tikinti və təmir materialları idxalının yarıdan çoxu Türkiyə və Çindən gəlir”.

Ümumilikdə, 2023-cü ildə tikinti və təmir materialları, mebel və məişət texnikası idxalı 2,6 milyard dollar təşkil edib. Türkiyənin ümumi idxalda payı 34,4%, Çininki isə 17,9% olub.

“Gürcüstanın ən böyük ticarət tərəfdaşı Türkiyədir ki, buna nisbətən ucuz
nəqliyyat və son illərdə zəif türk lirəsi kömək edir. İkinci ən böyük tərəfdaş Çindir ki, buradan əsasən məişət texnikası, mebel və polad məmulatları idxal edilir”,
- Galt&Taggart-ın araşdırması qeyd edir.

Onu da qeyd edək ki, hesabat dövründə tikinti və təmir materialları, mebel və məişət texnikasının 9,5 faizi Rusiyadan, 5,6 faizi İrandan, 5,4 faizi Azərbaycandan, 27,2 faizi isə digər ölkələrdən idxal edilib.

Mənbə: BPN

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google