Bu il aprelin 1-nə Gürcüstanda ümumilikdə 273 745 aktiv sahibkarlıq
subyekti qeydiyyatdan keçib.
Milli Statistika Xidmətinin məlumatına görə, bu müəssisələrin
əksəriyyəti, yəni demək olar ki, 44%-i Tbilisidə, 12%-lə İmereti və
11,1%-i Acarıstanda fəaliyyət göstərir.
Daha dəqiq desək, Tbilisidə ümumilikdə 120 360, İmeretidə 31 571,
Acarıstan Muxtar Respublikasında 30 443 aktiv sahibkarlıq subyekti
qeydiyyatdan keçib.
Digər bölgələrə
gəlincə, sahibkarlıq fəaliyyəti baxımından
qeydiyyatdan keçmiş subyektlərin sayı aşağıdakı kimi bölünür:
- Kvemo Kartli - 19 609 (7,2%)
- Sameqrelo-Zemo Svaneti - 18,273 (7%)
- Kaxeti - 15,389 (6%)
- Şida Kartli - 12 461 (5%)
- Samtsxe-Cavaxeti - 10 738 (4%)
- Quriya - 6231 (2,3%)
- Mtsxeta-Mtianeti - 5,870 (2%)
- Raça-Leçxumi və Kvemo Svaneti - 2717 (1%)
- Abxaziya Muxtar Respublikası - 16 (0,01%)
Onu da qeyd edək ki, hesabat dövründə Gürcüstanda ümumilikdə 995
678 sahibkarlıq subyekti qeydiyyatdan keçsə də, onların cəmi 27%-i
fəaliyyət göstərir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415