Tbilisi Dövlət Universiteti May Tələbə Hərəkatına açıqlama ilə cavab verib
Tbilisi Dövlət Universiteti “May Tələbə Hərəkatı”na rəsmi açıqlama ilə cavab verib və izah edib ki, Vake rayonunun hüquq-mühafizə orqanları sakinlərin illik planlaşdırılmış siyahıyaalınması ilə əlaqədar yataqxanaya daxil olublar.

“Son günlər bəzi KİV-lər tərəfindən yayılan, guya planlı yoxlamanın tələbələrə qarşı yönəlmiş, gəncləri qorxutmaq məqsədi daşıyan aksiya olduğu xəbəri həqiqətə uyğun deyil və yalnız tələbələri və ictimaiyyəti çaşdırmağa xidmət edir.

Daha dəqiq desək, universitet və yataqxana məkanlarında hər bir tələbənin təhlükəsizliyinə diqqət yetirmək bizim üçün çox vacibdir. Bu məqsədlə Tbilisi Dövlət Universiteti müvafiq qurumlarla əməkdaşlıq edir.

Xatırlatmaq istərdik ki, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti tələbə şəhərciyi yataqxanasını idarə edir. Sözügedən yataqxanadan əsasən TDU-nun tələbələri, qismən də TDU-nun əməkdaşları istifadə edirlər”,
- deyə məlumatda bildirilir.

Universitetin ictimaiyyətə açıqlama verməsi tələbələrin tələblərindən biri olub.

“May Tələbə Hərəkatı” “Universitet naminə – polis rejiminə qarşı” – martın 22-də saat 13:45-də Tbilisi Dövlət Universitetinin birinci korpusunun qarşısında aksiya keçiriləcəyini elan edib.

Mənbə: Publika
Print Email
FaceBook Twitter Google