Çinin smartfon və məişət texnikası istehsalçısı “XiaoMi”
martın 28-də ilk elektrik avtomobili olan “SU7” sedanını təqdim
edəcək.
Bu barədə şirkətin baş direktoru Ley Tszyun sosial şəbəkəsindəki
səhifəsində bildirib.
Bildirilir ki, elektrikli avtomobilin rəsmi təqdimatı martın 28-də
başlayacaq. Martın 25-dən etibarən elektromobili sınaqdan keçirmək
mümkün olacaq. Şirkət hələlik avtomobilin qiymətini açıqlamayıb,
lakin bundan əvvəl qeyd edilib ki, 500 min yuan (təxminən 70 min
dollar) dəyəri olan “SU7”nin rəqibləri azdır.
“Əgər siz bir avtomobil istəyirsinizsə və ən qabaqcıl ağıllı
texnologiyaya, eləcə də heyrətamiz sürücülük təcrübəsinə sahib
olmaq istəyirsinizsə, əminəm ki, “XiaoMi”nin “SU7” modeli sizin ilk
seçiminiz olacaq”, - deyə Ley Tszyun yazıb.
Mənbə: oxu.az