2023-2024-cü tədris ili üçün Gürcüstanın ali təhsil müəssisələrində
ümumilikdə 30 701 əcnəbi təhsil alır ki,
bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 632 min tələbə çoxdur.
Məlumatı Milli Statistika Xidməti yayıb.
Ən çox əcnəbilərin təhsil aldığı fakültələrin siyahısına gəlincə,
bu belədir:
- Səhiyyə və sosial təminat - 27 750 tələbə
- Sosial elmlər, biznes və hüquq - 1392
tələbə
- Elm - 850 tələbə
- Mühəndislik, istehsalat və tikinti sahələri - 330
tələbə
- Humanitar və incəsənət - 249 tələbə
Ümumilikdə, 2023-2024-cü tədris ili üçün Gürcüstanın ali təhsil
müəssisələrində tələbələrin sayı 177,8 min nəfər təşkil edib ki, bu
da əvvəlki tədris ilindən 10,2% çoxdur. Tələbələrin ümumi sayının
59,1 faizi dövlət ali təhsil müəssisələrində, 40,9 faizi isə özəl
ali təhsil müəssisələrində təhsil alır. Tələbələrin ümumi sayının
51,2 faizini qadınlar, 48,8 faizini isə kişilər təşkil edir.