Rustavidə Milli Qida Agentliyi dekabrda monitorinqlər zamanı 3
obyekti cərimələyib.
Kvemo Kartli regional qida təhlükəsizliyi departamentinin rəhbəri
Miranqula Liparteliani “Info Rustav”a bildirib ki, ötən ay 30
obyektdə ümumşəhər yoxlamaları aparılıb, 41 obyektdə
sənədləşdirilmə aparılıb.
Sahibkarlar qeydiyyatsız fəaliyyət göstərdiklərinə, saxlama müddəti
ötmüş ərzaq məhsullarını bazara çıxardıqlarına, ilkin istehsalın
izlənilməsi ilə bağlı tələblərə əməl etmədiklərinə görə
cərimələniblər.
Ümumilikdə, Kvemo Kartlidə 86 obyektdə yoxlama, 172 obyektdə
sənədli yoxlama aparılıb, 14 obyektdən nümunələr götürülüb, 12
obyekt cərimələnib.
Burada qeyd edək ki, Milli Qida Agentliyi qurumların adını
bildirməkdən çəkinir.
Məlumat üçün bildirək ki, kritik uyğunsuzluq insan və heyvan həyatı
və sağlamlığı üçün yüksək risk yaradan uyğunsuzluqdur və bu
uyğunsuzluq aradan qaldırılana qədər konkret istehsal prosesinin
müvəqqəti dayandırılması üçün əsasdır.