Xüsusi İstintaq Xidmətinin məlumatına görə, keçmiş baldızına özünü
kişi adı ilə təqdim edən və onun şəxsi fotolarını paylaşan 2000-ci
il təvəllüdlü qadın ifşa edilib.
“İstintaq müəyyən edib ki, 2023-cü ildə “İnstagram”
sosial şəbəkəsində saxta profildən istifadə edərək 2000-ci il
təvəllüdlü qadın qisas almaq məqsədilə özünü keçmiş ərinin bacısına
kişi adı ilə təqdim edib və etibar qazanıb.
Zərərçəkmiş kişi adı ilə saxta profillə söhbət edən keçmiş gəlininə
göstərilən saxta profildə çılpaq bədəninin foto və videolarını
göndərib.
Bu yolla təqsirləndirilən şəxs dələduzluq yolu ilə zərərçəkmişin
şəxsi həyatının sirrini əks etdirən foto-video materialı qanunsuz
olaraq əldə edib saxlayıb, daha sonra onun adını sındırmaq məqsədi
ilə həmin materialı zərərçəkmişin yaxınlarına yayıb”,
- deyə məlumatda bildirilir.
İstintaqın məlumatına görə, təqsirləndirilən qadının barəsində
məhkəmənin qərarı əsasında aparılan şəxsi yoxlama zamanı onun mobil
telefonundan zərərçəkmişin çılpaq bədənini əks etdirən foto-video
material götürülüb.
Qadın şəxsi həyatın toxunulmazlığını pozmaqda - 7 ilə qədər həbs
cəzası nəzərdə tutulan cinayətdə ittiham olunub.
Bundan başqa, istintaqa əsasən, dostunun keçmiş sevgilisinin intim
məzmunlu foto və videolarını qanunsuz əldə edib yaymış 20 yaşlı
gənc də saxlanılıb.