"Heyvanların Monitorinq Agentliyi" - 2023-cü ildə Tbilisidə 6529 evsiz it və pişik sterilizasiya /kastrasiya edilib - sığınacağa 11 299 it və pişik qəbul edilib
“Heyvanların Monitorinq Agentliyi”-nin məlumatına görə, Tbilisidə 2023-cü ildə ümumilikdə 6529 evsiz it və pişik sterilizasiya/kastrasiya edilib. Evtanaziya, yəni heyvanın yatızdırılması proseduru 361 heyvanın işində tətbiq edilib və 1976 heyvan təbii ölümlə tələf olub.

Rəsmi məlumata görə, 2023-cü ildə agentlik tərəfindən sığınacağa ümumilikdə 11 299 evsiz
it və pişik qəbul edilib.

Bundan əlavə, ötən il ərzində agentliyə heyvanlar və sürünənlər haqqında yazılı və eləcə də “qaynar xəttə” 72 082 məlumat daxil olub.

Print Email
FaceBook Twitter Google