Gürcüstanda NATO ölkələrinin hərbi təlimləri keçirilir
Gürcüstanda NATO ölkələrinin “Troya Ayaq İzi 24” (Trojan Footprint 24) çoxmillətli hərbi təlimləri keçirilir.

Məlumatı ölkənin Müdafiə Qüvvələrinin mətbuat xidməti yayıb.

Bildirilib ki, təlimlər çərçivəsində bu gün gürcü və əcnəbi hərbçilər dəniz təlimləri keçiriblər.

Məlumata görə, martın 4-dən 15-dək Bolqarısan, Gürcüstan, Almaniya, Yunanıstan, Şimali Makedoniya və Rumıniyada keçiriləcək təlimlərdə Albaniya, Bolqarıstan, Fransa, Gürcüstan, Yunanıstan,
İtaliya, Monteneqro, Şimali Makedoniya, Portuqaliya, Rumıniya, İspaniya, Birləşmiş Krallıq və ABŞ-dan olan hərbçilər iştirak edirlər. 2016-cı ildən keçirilən təlimlərdə Gürcüstan üçüncü dəfə iştirak edir. Təlimlərin məqsədinin NATO, ABŞ və tərəfdaş ölkələrin istənilən təhdidə qətiyyətli cavab vermək imkanında olduğunu nümayiş etdirmək olduğu bildirilib.


Mənbə: apa.az


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!

Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google