Rustavidə 7 salonu yoxlayıblar, 3-nə problemləri aradan qaldırmaq üçün yazılı göstərişlər verilib
Mart ayında Rustavidə Rustavi İctimai Sağlamlıq və Təhlükəsiz Ətraf Mühit Mərkəzi 7 salonda ilkin yoxlama aparıb.

Bu barədə “İnfo Rustavi”yə mərkəzin rəhbəri vəzifəsini icra edən Lali Dekanosidze məlumat verib.

Onun sözlərinə görə, salonlara baxış keçirildikdən sonra 7 akt yazılıb. Üç salonda isə aktlarla birlikdə problemləri aradan qaldırmaq üçün 3 yazılı göstəriş verilib.

Lali Dekanosidzenin sözlərinə görə, salonlara mövcud problemləri düzəltmək üçün vaxt verilib, bundan sonra onlar yenidən yoxlanılacaq.

Məlumat üçün bildirək ki, 2023-cü ilin mart ayından Meriyanın müvafiq xidmətinin əməkdaşları bütün şəhər ərazisində yerləşən estetik-kosmetika mərkəzlərinin sanitar-gigiyenik vəziyyətini yoxlayırlar.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Print Email
FaceBook Twitter Google