Aprelin 9-dək Gürcüstanda dəyişkən hava şəraiti gözlənilir
Milli Ətraf Mühit Agentliyindən verilən məlumata görə, aprelin 6-da Qərbi Gürcüstanda bəzi yerlərdə yağış yağacağı, aprelin 7-8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Sinoptiklərin məlumatına görə, Şərqi Gürcüstanda nisbətən sərin və arabir yağışlı hava gözlənilir.

“Tbilisidə sərin və yağışlı hava gözlənilir. gözlənilir Aprelin 6-da şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz +14, +16 dərəcə təşkil edəcək.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): aprelin 6-sı səhər saatlarından başlayaraq havanın buludlu olacağı, aprelin 9-dək hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +18, +20 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın aran rayonlarında (Kutaisi, Zestafoni, Zuqdidi, Martvili, Ozurqeti): aprelin 6-da səhər buludlu olacağı, aprelin 9-dək əsasən yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz +20, +22 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo): aprelin 6-da bəzi yerlərdə yağış yağacağı, aprelin 7-8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +18, +20 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): aprelin 6-da bəzi yerlərdə yağış yağacağı, aprelin 7-8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +14, +16 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali): yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +15, +17 dərəcə təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): yağışın yağacağı gözlənilir. Havanın temperaturu gündüz +14, +16 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri, Dedoplistskaro): arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +14, +16 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): gecə bəzi yerlərdə qar yağacaq. Havanın temperaturu gündüz +8, +10 dərəcə təşkil edəcək”,
- Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyin yaydığı məlumatda deyilir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google