Gürcüstanda 1989-cu il 9 Aprel hadisələrindən 35 il ötür. Bu gün
Gürcüstanın dövlət və hökumət rəsmiləri, vətəndaşlar Gürcüstan
parlamentinin binası önündə 9 Aprel qurbanlarının xatirəsinə
ucaldılmış abidəni ziyarət edirlər.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirliyin
əməkdaşları 9 Aprel qurbanlarının xatirəsini anıb, Şota Rustaveli
prospektindəki abidə önünə əklil qoyub, gül dəstələri düzüblər.
"Cari ilin 9 aprel tarixində Səfir Faiq Quliyev
Gürcüstan Parlamentinin binasının önündə 9 Aprel qurbanlarının
xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, abidənin önünə əklil
qoymuş və ölkənin müstəqilliyi uğrunda dünyasını dəyişənlərin
xatirəsini ehtiramla yad etmişdir", – məlumatda qeyd
olunub.
Qeyd edək ki, 1989-cu il aprelin 9-da Tbilisidə baş verən faciədən
35 il ötür. Həmin gün sovet ordusu Tbilisidə Gürcüstanın
müstəqilliyi uğrunda başlamış dinc nümayişi tanklardan və
zəhərləyici qazlardan istifadə etməklə qəddarlıqla dağıdıb.
1989-cu il 9 Aprel faciəsi zamanı 21 nəfər ölüb, yüzlərlə insan
yaralanıb, 3 500 nəfər kimyəvi qazdan zəhərlənib.
Gürcüstanda 9 Aprel tarixi Milli Birlik Günü, həmçinin müstəqillik
uğrunda həlak olanların xatirə günü kimi qeyd edilir.
Faciə qurbanlarının xatirəsi ənənəvi olaraq Şota Rustaveli
prospektində, Gürcüstan parlamentinin binası qarşısındakı memorial
abidə önündə anılır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.