8 aprel tarixində Marneulidə fəaliyyət göstərən "Gürcüstan
Azərbaycanlılarının İnteqrasiya Mərkəzi"nin təşkilatçılığı və
Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin
maddi dəstəyi ilə iftar süfrəsi təşkil olundu.
İftar süfrəsində Azərbaycanın Gürcüstandakı səfirliyin nümayəndəsi
Ramiz Hacızadə, Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndələri,
Marneuli Bələdiyyə Məclisinin üzvləri, din xadimləri, ictimai
xadimlər və dəvət olunmuş qonaqlar iştirak edirdilər.
İftar süfrəsi azanın səsləndirilməsi ilə başladı.
Tədbiri giriş sözü ilə açan "Gürcüstan Azərbaycanlılarının
İnteqrasiya Mərkəzi"nin icraçı direktoru Murad Muradov çıxış edərək
gələn qonaqları salamladı. O, çıxışında Azərbaycan Respublikasının
Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun təbrik və
salamlarını çatdıraraq hər kəsin Ramazan bayramını təbrik etdi.
Tədbirdə səfirliyin əməkdaşı Ramiz Hacıyev çıxış edərək səfir Faiq
Quliyevin təbrik və salamlarını çatdırdı.
Daha sonra Marneulinin Baş Axundu, İmam Cümə Hacı Əziz Nəbiyev
çıxış edərək Ramazan bayramı, orucun və iftar süfrələrinin önəmi
haqda söhbət açıdı və dualar oxudu.
İftar süfrəsindən sonra dini ayinlər oxunub və İslam dini və onun
adət-ənənələrindən söhbət açılıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.