Ötən illərdə olduğu kimi bu gün də Bütün Gürcüstan Müsəlmanları
İdarəsinin rəhbərləri və ruhanilərdən ibarət nümayəndə heyəti
Parlament binasının qarşısında 9 aprel faciəsinə qurbanlarına
xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyublar.
İdarə bununla bağlı "Facebook"da məlumat paylaşıb.
"9 aprel Gürcüstan tarixində faciə və "Dövlət Müstəqilliyi Aktı"
günüdür. Təəssüf ki, 1989-cu il aprelin 9-da ölkənin müstəqilliyi
uğrunda mübarizə vətəndaşlarımızın həyatı bahasına başa gəldi. Bu
hadisədən 2 il sonra ölkəmizdə "Dövlət Müstəqilliyi Aktı" qəbul
edildi.
Bu gün Bütün Gürcüstan Müsəlman İdarəsinin rəhbərləri 1989-cu il
aprelin 9-da vətən uğrunda canlarından keçmiş, ölkəmizin
müstəqilliyinin memarları olan qəhrəmanların xatirəsini bir daha
ehtiramla yad ediblər. Ulu Tanrıdan diləyirik ki, milli
qəhrəmanlarımızın adlarını yaddaşlarımızda ədədiləşdirsin və
onların xatirəsini vahid, güclü, suveren dövlətdə əbədi yaşatmağı
hər birimizə nəsib etsin! Amin!", – paylaşılan
məlumatda deyilir.
Qeyd edək ki, 9 aprel Gürcüstanın tarixində iki vacib hadisəni–
1989-cu ilin faciəsi və 1991-ci ildə müstəqilliyin bərpasını
birləşdirir. Rus ordusu tərəfindən Tbilisidə 21 nəfərin öldürülməsi
ümumi tabesizliyə səbəb oldu. Nəticə isə Gürcüstanın
müstəqilliyinin bərpası ilə başa çatdı.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.