Ötən ay, mart ayında Rustavi Mərkəzi Xəstəxanasında şəhərin və ona
yaxın yaşayış məntəqələrinin inzibati sərhədlərindən
heyvanlar tərəfindən 241 nəfərin dişləmə-cızma faktı qeydə alınıb,
bu səbəbdən xəstələrə peyvənd vurulub.
Peyvənd olunmuş xəstələrin 63-ü 15 yaşa qədərdir.
Şəhər mərkəzi xəstəxanasının quduzluqla mübarizə şöbəsinin həkimi
İrakli Canqulaşvilinin “İnfo Rustaviyə” verdiyi məlumata görə,
dişləmə və cızma hallarının əksəriyyəti, 220 hadisə sahibi olan
heyvanlar tərəfindən baş verib, qalan hallarda isə heyvanların
sahiblərini tapmaq mümkün olmayıb.
Canqulaşvilinin sözlərinə görə, 154 it, 64 pişik və 1 hamster
dişləməsində heyvanların sahibləri müəyyənləşdirilib.
Həkimlər əhaliyə belə bir vəziyyətdə mütləq tibb müəssisələrinə
müraciət etməyi və quduzluq əleyhinə müalicə almağı tövsiyə
edir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.