Bu gün, 10 aprel tarixində Ramazan bayramı münasibətilə Kürtlər
kəndində yaşayan 15 aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan
ailəyə ərzaq məhsulları paylanılıb.
Yardım kənd sakinləri tərəfindən təsis edilmiş “Kurtlar xeyriyyə
fondu” tərəfindən həyata keçirilib.
Fondun üzvlərinin “Marneuli” radiosuna verdiyi məlumata görə, bu
cür yardımlar hər il həyata keçirilir və gələcəkdə də davam
etdiriləcək.
Qeyd edək ki, bu il Ramazan bayramı aprel ayının 10-a təsadüf etdi.
Ramazan ayı 11 mart tarixində başladı və bütün müsəlmanlar bu
tarixdən etibarən niyyət edərək oruc tutmağa başladılar. Ramazan
ayında bütün müsəlmanlar bir ay ərzində oruc tutaraq, ibadətlər
etdilər.
Onu da əlavə edək ki, İslam dinində yetkinlik yaşına çatmış və
kasıb olmayan hər bir şəxs Ramazan ayının sonuncu günü fitrə
çıxmalıdır.
Həmin fitrə isə kasıb, yolda qalmış və vəziyyəti ağır olan
insanlara verilməlidir.