Bir aylıq ağır orucdan sonra Gürcüstan müsəlmanları bu gün Ramazan
bayramını qeyd edirlər.
Gürcüstanın müftisi Adam Şantadze Batuminin Batumi Mərkəzi
Məscidində bayram namazını qılıb. Dindarların bir hissəsi bayram
namazını məscidə bitişik küçədə qılıb.
Acarıstan hökumətinin sədri digər hökumət nümayəndələri ilə
birlikdə dindarları bayram münasibətilə təbrik edib.
Ramazan orucu zamanı möminlər günəş çıxandan gün batana qədər 30
gün ərzində heç bir yemək və su qəbul etməkdən imtina edirlər.
Bayram günü möminlər bir-birlərini bayram münasibətilə təbrik edir,
ehsan verir, əcdadlarının məzarlarını ziyarət edirlər.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.