Türkiyədə baş vermiş güclü zəlzələ dağıntılara səbəb olub – FOTO
Türkiyənin Cənub-Qərb bölgəsində Denizli
əyalətində güclü zəlzələ baş verib. Yeraltı təkanların gücü 6 bal
olub.
Təbii fəlakət yaşayış evlərinə və infrastruktura ziyan vurub, 20
nəfər yaralanıb.
Yerli mətbuatın məlumatına görə, yeraltı təkanlar nəticəsində evlər
uçub, bir neçə evin isə dam örtüyünə ziyan dəyib. Rəsmi məlumata
görə, dağıntılar insan tələfatına səbəb olmayıb. Yaralananların isə
yüngül xəsarət aldıqları bildirilir.