Hansı Maskı daha çox bəyənirsiniz, Ukraynanı, yoxsa Rusiyanı dəstəkləyəni? – Zelenski Maska cavab verib
Ukrayna prezidenti Vladimir Zelenski İlon Maskın açıqlaması yayılandan sonra Twitter-də sorğu keçirib: “Hansı İlon Maskı daha çox bəyənirsiniz, Ukraynanı, yoxsa Rusiyanı dəstəkləyəni?”.

Bu gün Ukrayna-Rusiya mövzusunda Tesla-nın CEO-su İlon Musk abunəçilərdən Ukrayna-Rusiya sülhü üçün aşağıdakı rəylə razı olub-olmadıqlarını sorğulamağı xahiş edib:

• Birləşmiş Millətlər Təşkilatının nəzarəti altında ilhaq edilmiş bölgələrdə seçkilərin yenidən keçirilməsi.
• Əgər xalqın iradəsi olsa, Rusiya gedəcək.
• Krım 1783-cü ildən (Xruşşovun səhvindən əvvəl) olduğu kimi formal olaraq Rusiyanın tərkibində qalmalıdır.
• Krımın su təchizatı təmin ediləcək.
• Ukrayna neytral olaraq qalır”, - Mask Twitter-də yazıb.








Mənbə:
Publika




Print Email
FaceBook Twitter Google