Ötən il 43 min ermənistanlı Rusiya vətəndaşlığı alıb
Ermənistan sakinləri ötən il Rusiya vətəndaşlığı alan şəxslər sırasında üçüncü yerdədirlər.

2022-ci ildə Rusiya vətəndaşlığı alanların 43 faizi (təxminən 297 min nəfər) ukraynalılar olub. İlk üçlüyə Tacikistan (174 min nəfər) və Ermənistan (45 min nəfər) daxildir.

Siyahını Qazaxıstan (42 min nəfər) və Özbəkistan (27 min nəfər) davam edib.

Azərbaycandan olan 23 min nəfər də keçən il Rusiya vətəndaşlığı alıb. Bu göstərici ilə Azərbaycan 6-cı yerdə qərarlaşıb.

Mənbə: Azertag.az
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər