Paris yaxınlığındakı mənzillərin birində 5 nəfərin meyiti tapılıb
Fransada İle de Frans bölgəsindəki Mox qəsəbəsindəki mənzildə 5 nəfərin cəsədi tapılıb. Yerli prokurorluğun məlumatına görə, ölənlər qadın və onun 4 övladıdır, onların yaşları 9 aydan 10 yaşa qədərdir.

Polis uşaqların “gizlənən” atasını, qətldə şübhəli bilinən 33 yaşlı kişini axtarır. Ailənin yaxınları hüquq-mühafizə orqanlarının əməkdaşları
ilə əlaqə saxlayıb.

Prokurorluğun məlumatına görə, evdə heç bir oğurluq əlaməti aşkar edilməyib və uşaqların atası hüquq-mühafizə orqanlarının əməkdaşları gələnə qədər evi tərk edib.

Mənbə: Tabula
Print Email
FaceBook Twitter Google