İnterpolun qırmızı kateqoriyasında axtarışda olan şəxs Gürcüstandan ABŞ-a ekstradisiya edilib - Prokurorluq
Baş Prokurorluğun məlumatına görə, xüsusilə ağır cinayətlərə görə İnterpolun qırmızı kateqoriyasında axtarışda olan şəxsin Gürcüstandan ABŞ-a ekstradisiyası həyata keçirilib.

İstintaq orqanının məlumatına görə, ekstradisiya edilmiş şəxs 2017-2021-ci illərdə Texas ştatında azyaşlı uşaqlara qarşı cinsi zorakılıq və ailə üzvünə təcavüzə görə Amerika Birləşmiş Ştatlarının səlahiyyətli orqanları tərəfindən axtarışa verilib. Həmçinin 2020-2021-ci illərdə Luiziana ştatında mütəşəkkil cinayətkar qrupa üzvlük və digər cinayətlərə görə axtarışda olub.

“Gürcüstan Baş Prokurorluğunun vəsatəti əsasında Tbilisi şəhər məhkəməsi adıçəkilən şəxsin Amerika Birləşmiş Ştatlarına ekstradisiyasını məqbul hesab edib.

2023-cü il dekabrın 26-da Gürcüstanın ədliyyə naziri ekstradisiya ilə bağlı yekun qərar qəbul edib, bundan sonra axtarışda olan şəxs Xüsusi Penitensiar Xidmətin əməkdaşları tərəfindən Amerika Birləşmiş Ştatlarının səlahiyyətli orqanlarının nümayəndələrinə təhvil verilib.

Gürcüstan Prokurorluğu axtarışda olan şəxslərin məsuliyyətə cəlb edilməsi üçün gələcəkdə tərəfdaş ölkələrin səlahiyyətli orqanları ilə uğurlu əməkdaşlığa hazır olduğunu bildirir”,
- deyə məlumatda bildirilir.

Məlumatda qeyd olunub ki, cinayətkarın ekstradisiyası ilə bağlı yekun qərar 2023-cü il dekabrın 26-da qəbul edilib.

Mənbə: Publika
Print Email
FaceBook Twitter Google