Paşinyan: “İrəvanla Bakı arasında razılaşma regionda sülhün əsası olacaq”
Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması regionda sülhün bərqərar olmasına səbəb olacaq.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə danışıqların yekunu üzrə keçirilən brifinqdə deyib.

“Biz ümumi qəbul edilmiş prinsiplərə əsaslanaraq Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı razılıq əldə etdikdə və bunu imzaladıqdan sonra regionda sülh əldə olunacaq”, - o vurğulayıb.

Qeyd edək ki, N.Paşinyan Tbilisiyə işgüzar səfərə gedib.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google