ABŞ-da 43 avtomobilin toqquşması nəticəsində 13 nəfər xəsarət alıb
ABŞ-ın Merilend ştatında 43 avtomobil toqquşub və körpüdə yolu bağlayıb.

Mətbuatda yayılan məlumatlara görə, iki nəfər ağır, qalan 11 nəfər isə yüngül xəsarət alıb, lakin onların heç biri həyati təhlükəsi olmayan xəsarət alıb.

Müstəntiqlərin fikrincə, ilkin olaraq qəzada 23 avtomobil iştirak edib, sonradan onları 20 avtomobil vurub.

Qəzanın baş verdiyi körpü bir neçə saat bağlı qalıb. Merilend Nəqliyyat Departamentinin məlumatına görə, hazırda yolda nəqliyyatın hərəkəti tam bərpa olunub.

Mənbə: Tabula
Print Email
FaceBook Twitter Google