İlham Əliyev rəsmi olaraq Azərbaycan Prezidenti elan edilib.
Azərbaycan mətbuatının məlumatına görə, Azərbaycan Konstitusiya
Məhkəməsinin Plenumu prezident seçkilərinin nəticələrini
təsdiqləyib.
Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qeyd
edib ki, qanunvericiliyə müvafiq olaraq İlham Heydər oğlu Əliyev
növbəti 7 il müddətində Azərbaycanın Prezidenti seçilmiş hesab
edilib. Qərar qətidir, heç bir şikayət qəbul olunmur.
F.Abdullayev qərarı elan edərkən bildirib ki, Konstitusiya
Məhkəməsi Plenumu maraqlı tərəflərin iştirakı ilə Azərbaycan
Konstitusiyasına müvafiq olaraq daxil olan protokolda olan
məlumatları ümumiləşdirərək yoxlayıb. Prezident seçkilərinin
nəticələrinə dair Mərkəzi Seçki Komissiyasının protokolu Seçki
Məcəlləsinin müddəalarına uyğun gəlir. İlham Əliyev səslərin 92,12
faizini topladığı üçün prezident elan edilib.
Qeyd edək ki, prezident seçkilərində 7 namizəd mübarizə aparıb.
Seçici fəallığı 76,43 faiz təşkil edib. Fevralın 11-də Mərkəzi
Seçki Komissiyasının iclasında Azərbaycanda fevralın 7-də keçirilən
prezident seçkilərinin yekun nəticələrini açıqlanıb.
Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə əsasən,
seçilmiş prezident Konstitusiya Məhkəməsi tərəfindən prezident
seçkilərinin nəticələrinin rəsmi elan edildiyi gündən üç gün
müddətində and içir.
Mənbə: trend.az