Rusiyada Navalnının anım mitinqlərində iki gündə 387 nəfər saxlanılıb
Fevralın 16-18-də Rusiyanın müxtəlif şəhərlərində Aleksey Navalnının anım aksiyaları zamanı azı 387 nəfər saxlanılıb.

Fevralın 16-da Rusiya Penitensiar Xidməti Navalnının ölümünü elan etdikdən sonra dünyanın müxtəlif şəhərlərində onun xatirəsinə həsr olunmuş nümayişlər keçirilib.

Rusiyanın müxtəlif şəhərlərində vətəndaşlar kortəbii olaraq Navalnının xatirəsinə mitinqlər təşkil etməyə çalışsalar da, təhlükəsizlik qüvvələri buna mane olub və bəziləri saxlanılıb.

Rusiya Federal Penitensiar Xidmətinin məlumatına görə, müxalifətçi Aleksey Navalnı fevralın 16-da həbsxanada ölüb.

Mənbə: Netgazeti

Print Email
FaceBook Twitter Google