Qüdsdə magistral yolun yaxınlığında törədilən terror aktı
nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralı isə Şaare Zedek Tibb
Mərkəzinə aparılıb.
Məlumatlara istinadən, fələstinli terrorçular dinc sakinlərə atəş
açıblar.
Qüds Tibb Mərkəzinin nümayəndəsinin sözlərinə görə, hücum
nəticəsində Maale Adumim ölüb, yaralılardan ikisinin vəziyyəti
ağırdır.
Qüds polisinin məlumatına əsasən, üç fələstinli hücumçu tıxacda
dayanan insanlara avtomat silahlardan atəş açıb. İsrail
təhlükəsizlik xidmətləri iki hücumçunu hadisə yerində öldürüb,
üçüncüsü isə qaçıb. Bir neçə dəqiqə ərzində polis üçüncü hücumçunu
zərərsizləşdirib.