Rusiyanın İvanovsk vilayətində “Severnıy” aerodromunda “İl-76”
hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb, 15 nəfər ölüb.
Qəzaya səbəb kimi mühərriklərdən birinin uçuş zamanı yanması
göstərilib.
Bildirilib ki, ekipaj təyyarəni aerodroma qaytarmağa cəhd göstərsə
də, buna nail olmayıb. Nəticədə “İl-76” uçuş yerindən iki kilometr
aralıda yerləşən Podtalitsa kəndinə düşüb.
Təyyarənin göyərtəsində 8 ekipaj üzvü, 7 sərnişin olub, onların
hamısı ölüb.