Rusiya texniki cəhətdən nüvə müharibəsinə hazırdır.
“Report” xəbər verir ki, bu barədə “Röyters” nəşri yazıb.
Qeyd olunub ki, ABŞ Ukrayna ərazisinə qoşun yeridərsə, Kreml bunu
ciddi eskalasiya hesab edəcək: “ABŞ öz qoşunlarını Ukrayna
ərazisində yerləşdirsə, Moskva bu addımı müharibəyə müdaxilə kimi
qəbul edəcək”.
Bildirilib ki, Kremlin nüvə müharibəsi ilə bağlı hədələri
Ukraynanın müttəfiqlərini qorxutmaq və onları buraya qoşun
göndərməkdən çəkindirmək üçündür.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl nüvə
müharibəsinə hazır olduqlarını bildirmişdi.