İndi biz Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər
yaxınıq.
Bu sözləri Prezident İlham Əliyev “Parçalanmış dünyanın bərpası”
mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı söyləyib.
“Cənubi Qafqazda müstəqillik tarixində sülh bu qədər
yaxın olmamışdır. Bu da İkinci Qarabağ müharibəsinin
nəticəsidir”, – dövlət başçısı qeyd edib.
Bundan əlavə Əliyev çıxışı zamanı qeyd edib ki, Azərbaycanın ərazi
bütövlüyü və suverenliyinin bərpası münaqişələrin həlli üçün müsbət
nəticələr verəcək.
O bildirib ki, Cənubi Qafqaz regionunda baş verən dəyişikliklər
lokal görünə bilər, lakin əslində onların daha geniş nəticələri
var, çünki son bir ildə baş verən əsas geosiyasi dəyişiklik
Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası
olub.
“Bu, həqiqətən də çox ciddi geosiyasi dəyişiklikdir və məncə,
həlledilməz görünən münaqişələrin həlli üçün çox müsbət nəticələr
verəcək”, – deyə o bildirib.
Bu il Bakı Qlobal Forumunun mövzusu
“Parçalanmış
dünyanın bərpası”dır.