Qardabanidə gənclər və yeniyetmələr arasında Kikboks üzrə turnir keçirilib
24 aprel tarixində Qardabanidə gənclər və yeniyetmələr arasında Kikboks üzrə turnir keçirilib. Qardabani bələdiyyəsinin idman mərkəzinin təşkilaçılığı ilə baş tutan turnirə Marneuli idmançıları da iştirak ediblər. Bu haqda məlumatı bizimlə söhbəti zamanı WFMC-Gürcüstan təşkilatının rəhbəri Tofiq Əkbərov verdi.

Onun sözlərinə görə, yarışa üç idmançı ilə qatılıblar. İdmançılardan Orxan Əsgərov rəqiblərinə qalib gələrək birinci yerə çıxıb. Turnirdə iştirak edən digər iki idmançı Cahandar Əsgərov və Samir Mehdiyev isə ikinci yerə layiq görülüblər.

Əkbərov onu da bildirdi ki, turnirdə komanda hesabına görə Marneuli komandası dördüncü yerə layiq görülüb.
Onu da əlavə edək ki, turnirdə komanda hesabı ilə Siqnaxi komandası birinci olub, ikinci yerdə Qardabani, üçüncü yerdə isə Zalqa bələdiyyəsinin komandaları qərarlaşıblar.

Print Email
FaceBook Twitter Google