Marneulidə Ümumdünya İdman və Sağlamlıq günü münasibəti ilə tədbir keçirildi (VIDEO)
Bu gün, 6 aprel tarixində Marneulidə Ümumdünya İdman və Sağlamlıq günü münasibəti ilə tədbir keçirildi. “AtaHolding” İdman Kompleksində baş tutan tədbirdə Marneulidə fəaliyyət göstərən idman klublarının yetirmələri və onların məşqçiləri iştirak edirdilər.
İdman tədbiri Marneulidə yeni yaradılan “Gürcüstan Azərbaycanlı İdmançılar Birliyi”-nin təşkilatçılığı ilə baş tutdu. Təşkilatın sədri Tofiq Əkbərəov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, onların əsas məqsədi Marneulidə idman sahəsinin inkişaf etdirilməsi və gənclərin pis vərdişlərdən uzaq tutulmasıdır.



Tofiq Əkbərov ümid edir ki, bu cür tədbirlər davamlı olacaq və dünya arenalarında Marneulinin adını tanıdacaq idmançılar yetişdiriləcək. Tədbirdə iştirak edən Karate və Kik-boks federasiyasının prezidenti Faiq Məmmədov qeyd etdi ki, yaxın gələcəkdə Marneulidə yeni yarışar təşkil olunacaq.



Qeyd edək ki, bugünkü tədbirdə karate, boks, kik-boks, güləş və taekvando idman növləri üzrə idmançılar iştirak edirdilər.


Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər