Gürcü futbolçu “Napoli”nin tarixinə düşdü - UĞUR
“Napoli” UEFA Çempionlar Liqasının 1/8 finalında “Ayntraxt”ı məğlub edib (2:0).

Həmin qarşılaşma gürcüstanlı futbolçu Xviça Kvaratsxeliya üçün əlamətdar olub.

22 yaşlı futbolçu neapolluların ikinci qolunun məhsuldar ötürmə müəllifi olub. Bununla da, o, “Napoli”nin
heyətində qitənin bir nömrəli klub turnirində 4 ötürmə edən ilk futbolçu kimi tarixə düşüb.

“Napoli” – “Ayntraxt” cütünün cavab qarşılaşması martın 15-də İtaliyada keçiriləcək.

Mənbə: Sportfm.az
Print Email
FaceBook Twitter Google