FIFA 2022-ci ilin ən yaxşı futbolçusu üçün nəzərdə tutulan
“The Best” mükafatını PSJ-nin hücumçusu Lionel Messiyə
verəcək.
Bu iddia ilə italyan insayder Fabritsio Romano çıxış edib. O,
özünün “Twitter” hesabında ali futbol qurumunun mükafatı 35 yaşlı
argentinalıya təqdim edəcəyini yazıb.
Messi keçən il ölkəsinin yığmasının heyətində dünya çempionu olub.
O, həmçinin PSJ-də Fransa çempionluğunu və
Super Kubokunu qazanıb.
Messi 2019-cu ildə də FIFA-nın “The Best” mükafatına layiq
görülüb.
2022-ci ilin ən yaxşılarının mükafatlandırma mərasimi bu gecə
olacaq.
Mənbə: oxu.az