Rustavi şəhərində kikboksinq üzrə turnir keçirilib (FOTO)
24-26 fevral tarixlərində Rustavi şəhərində kikboksinq üzrə turnir keçirilib. “Rustavi meriyası kuboku” uğrunda keçirilən turnirdə Bolnisi rayonunun Aşağı Qoşakilsə kəndində fəaliyyət göstərən “İnam kikboks klubu”nun idmançıları da iştirak ediblər.

“İnam kikboks klubu”nun baş məşqçisi Şahin Bəxtiyarovun sözlərinə görə, onun üç tələbəsi yarışda iştirak edib.

“Tələbələrimdən Omar Piriyev 1-ci yerə layiq görülərək, kubok qazandı. Rüfat Məmmədov ikinci
yerə çıxdı. Otar Piriyev isə üçüncü yeri qazandı. Klubumuz 2013-cü ildə yaradılıb. Həmin ildən bu günə qədər 152 tələbə yetişdirilib. Məqsədimiz gəncləri pis vərdişlərdən uzaqlaşdırmaq və sağlam həyat tərzinə cəlb etməkdir”,
– Şahin Bəxtiyarov dedi.

Turnir “Rustavi İncəsənət, İdman və Gənclərin İnkişafı Mərkəzi”nin təşkilatçılığı və Gürcüstan Milli Taiboks və Kikboksinq Federasiyasının dəstəyi ilə keçirilib. Yarışda 2005-2006, 2007-2008, 2009-2010-cu il təvəllüdlü idmançılar iştirak ediblər.

Rustavi şəhərində keçirilən turnirdə Bolnisi ilə yanaşı Marneuli, Rustavi, Qardabani və digər bölgələrdən olan yüzdən çox idmançı iştirak edib. Qaliblərə və iştirakçılara kubok, medal və sertifikatlar verilib.

Qeyd edək ki, Rustavidə baş tutan turnir hər il keçirilir və məqsəd kikboksinqin populyarlaşdırılması və idmanın inkişafıdır.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google