Mərc oyunlarında iştirak edən ingiltərəli futbolçu ağır cəza ilə üz-üzə
İngiltərənin “Brentford” klubunun hücumçusu İvan Toni bir müddət futboldan uzaqlaşdırıla bilər.

Buna səbəb onun mərc oyunları zamanı İngiltərə Futbol Assosiasiyasının qaydalarını pozmasıdır. İngilis hücumçu 262 dəfə reqlament pozuntusuna yol verib. 26 yaşlı forvard
günahını etiraf edib.

Assosiasiya Toni ilə bağlı qərarını bu həftə açıqlayacaq. Onun mövsümün qalan hissəsini buraxacağı bildirilir.

Hücumçu bu mövsüm Premyer Liqada 21 matçda 14 qol vurub.

Mənbə: oxu.az
Print Email
FaceBook Twitter Google