İtaliyanın "Napoli" klubu futbolçusu Xviça Kvaratsxeliya ilə
müqavilənin müddətini uzatmaq istəyir.
"Marneuli" radiosu "La Gazzetta dello Sport"a istinadən xəbər verir
ki, Neapol təmsilçisi 22 yaşlı hücumçuya 2028-ci ilin yayınadək
qüvvədə olacaq yeni sözləşmə təklif etmək niyyətindədir.
Hazırda A Seriyasının lideri olan klub gürcüstanlı forvardla
yollarını ayırmağı planlaşdırmır.
Qeyd edək ki, Xviça Kvaratsxeliya cari mövsüm İtaliya komandasında
25 oyuna çıxıb, 12 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb. Daha
əvvəl "Napoli"nin Kvaratsxeliyanı 100 milyon avroya satmağa razı
olduğu bildirilib.