Məşhur türk futbolçu “Barselona”da - FOTO/VİDEO
“Barselona” heyətini yeni futbolçu ilə gücləndirib.

Kataloniya təmsilçisinin saytının yaydığı məlumata görə, komanda son olaraq İngiltərə “Mançester Siti”sində çıxış etmiş İlkay Gündoğanın keçidini rəsmiləşdirib. Almaniya millisinin üzvü azad agent kimi “Barsa”ya keçib. Tərəflər 2+1 illik müqavilə imzalayıblar. Klub yeni oyunçusunun sərbəstqalma məbləğini 400 milyon avro müəyyənləşdirib.


Gündoğan sosial şəbəkə hesabından paylaşım edərək yeni komandasının azarkeşlərini
salamlayıb:


Qeyd edək ki, 2016-cı ildən “şəhərlilər”in formasını geyinən 33 yaşlı yarımmüdafiəçi beş dəfə İngiltərə Premyer Liqasının, iki dəfə ölkə kubokunun, bir dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.



Mənbə: oxu.az
Print Email
FaceBook Twitter Google