“Qalatasaray” doqquz milyon avroya müdafiəçi transfer edir
“Qalatasaray” müdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

İtalyan insayder Fabritsio Romanonun yaydığı məlumata görə, İstanbul təmsilçisi “Tottenhem”də çıxış edən Devinson Sançesi transfer etmək istəyir.

“Sarı-qırmızılar” 27 yaşlı mərkəz müdafiəçisi üçün London təmsilçisinə doqquz milyon avroluq rəsmi təklif göndərib.

Davinson Sançes 2017-ci ilin yayında “Ayaks”dan “Tottenhem”ə keçib. Kolumbiyalı futbolçu ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində 24 rəsmi matçda meydana çıxıb.

Mənbə: oxu.az
Print Email
FaceBook Twitter Google