Yaş baryer deyil – Marneulili veteran cüdoçuların Avropa çempionatındakı uğurları
“Yarış zamanı hiss etmirdim, Gürcüstan bayrağının yüksəldiyini görəndə və himn səslənəndə özüm üçün, ölkəm üçün necə yaxşı iş gördüyümü başa düşdüm”, – 65 yaşlı Qiqla Tsipiani bildirir. O, veteran cüdoçular arasında keçirilən çempionatda titul qazanıb.

Qiqla Tsipiani illərdir, sevdiyi işi başqalarına öyrədir.

Qiqla kimi Marneulili veteran cüdoçu Sandro İakobaşvili də Avropa çempionu olub.

“Mənim ən böyük azarkeşim kiçik cüdoçularımdır. 70-80 nəfər şagirdimiz var, onlardan 8 qız, qalanı oğlandır. Mənim üçün uğurumla gələcək nəslə motivasiya verməyim çox mühümdür. Böyük planlarım var, yaxın 8-10 ildə böyük nəticələr əldə edəcəyimizi düşünürük”, – Sandro İakobaşvili bildirir.

“Cənab Qiqla Marneulidə cüdonun əsası qoyulandan ilk məşqçidir və Sandro artıq, üçüncü nəsil məşqçilərdəndir. Bu göstərir ki, Marneulidə cüdonun inkişafının uzunillik ənənəsi var. Cüdo və bizim bələdiyyədə fəaliyyət göstərən 19 növ idman növünə dəstək olmaq üçün bərabər imkanlarımız var”, – İdman Məktəbinin rəhbəri Mamuka Naveriani bildirib.

İdmançılar haqqında hazırladığımız video-hekayədən daha ətraflı məlumat ala bilərsiniz:


Videonun müəllifləri: Tiko Davadze, Amil Məmmədov

Print Email
FaceBook Twitter Google