UEFA Konfrans Liqasında 2023/2024 mövsümünə start
verilib.
I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iki qarşılaşma
baş tutub.
Açılış matçında “Düdelanj” Lüksemburqda İrlandiya “Sent-Patriks”ini
2:1 hesabı ilə məğlub edib.
Digər görüşdə isə Estoniyanın “Payde” klubu Farer adalarında “B36
Torshavn”la qolsuz heç-heçəyə razılaşıb.
Qeyd edək ki, I təsnifat mərhələsinin digər oyunları iyulun 13-də
keçiriləcək.
Mənbə: oxu.az