"Neftçi" Gürcüstan millisinin üzvü ilə yollarını ayırıb
Yeni mövsümə Rusiyada hazırlaşan "Neftçi" daha bir futbolçusu ilə vidalaşıb.

Klubdan verilən məlumata görə, gürcüstanlı müdafiəçi Solomon Kverkveliya ilə yollar ayrılıb.

31 yaşlı oyunçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Gürcüstan millisinin də üzvü olan Solomon Kverkveliyanın "ağ-qaralar"la 2024-cü ilin yayınadək sözləşməsi var idi.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google