Çində keçirilən yarışda Qardabanili və Qaraçöplü idmançılar qələbə qazanıblar (VİDEO)
22 iyul tarixində Çində keçirilən “Kikboksinq” üzrə beynəlxalq yarışda Gürcüstan idmançıları qələbə qazanıblar. Çinin paytaxtı Pekin şəhərində keçirilən yarışda 19 yaşlı Qardabanili idmançı Elnar Vəliyev və 21 yaşlı Qaraçöplü Elvin Kazımov birinci yerə çıxıblar. Hər iki idmançı çinli rəqiblərini məğlub ediblər.

Elnar Vəliyev 73 kq, Elvin Kazımov isə 67 kq çəki dərəcəsində mübarizə aparıb. İdmançıların növbəti döyüşü cari ilin 29 iyul tarixində baş tutacaq.

Yarışda Çin, Gürcüstan, Rusiya, İran, Tailand, Vyetnam və bir sıra ölkələrdən 50-dən çox idmançı iştirak edib.

Qeyd edək ki, Elnar Vəliyev “Qardabani Fight Kickboxing” klubunun, Elvin Kazımov isə “Əfqan Döyüş Klubu”nun idmançısıdır. Hər iki idmançı bu günə qədər bir sıra ölkə və beynəlxalq yarışlarda iştirak edib. İndi isə müqavilə əsasında 3 ay ərzində Çində “Kikboksinq” üzrə döyüşlərdə iştirak edəcəklər.


Print Email
FaceBook Twitter Google