Çində keçirilən yarışda Qardabanili idmançı növbəti qələbəsini qazanıb (VİDEO)
29 iyul tarixində Çində keçirilən “Kikboksinq” üzrə beynəlxalq yarışda Qardabanili idmançı növbəti qələbəsini qazanıb. Çinin Tangshan şəhərində keçirilən yarışda 19 yaşlı Qardabanili idmançı Elnar Vəliyev çinli rəqiblərini məğlub edib.

Elnar Vəliyev 67 kq çəki dərəcəsində mübarizə aparıb. İdmançı indi növbəti yarışına hazırlaşır.

Qeyd edək ki, Elnar Vəliyev “Qardabani Fight Kickboxing” klubunun idmançısıdır. İdmançı bu günə qədər ölkə və beynəlxalq səviyyəli bir sıra yarışlarda iştirak edib. İndi isə müqavilə əsasında 3 ay ərzində Çində “Kikboksinq” üzrə döyüşlərdə iştirak edəcək.
Xatırladaq ki, 22 iyul tarixində Çinin paytaxtı Pekin şəhərində keçirilən yarışda 19 yaşlı Qardabanili idmançı Elnar Vəliyev və 21 yaşlı Qaraçöplü Elvin Kazımov birinci yerə çıxıblar. Hər iki idmançı çinli rəqiblərini məğlub ediblər.

Həmin yarışda Çin, Gürcüstan, Rusiya, İran, Tailand, Vyetnam və bir sıra ölkələrdən 50-dən çox idmançı iştirak edib.


Print Email
FaceBook Twitter Google