Əslən Bolnisi rayonundan olan Tofiq Musayev Yaponiyalı rəqibini nokaut edib (VİDEO)
Əslən Bolnisi rayonun Kəpənəkçi kəndindən olan Tofiq Musayev növbəti qələbəsini qazanıb. Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev 30 iyul tarixində “Super Rizin 2” turnirində uğurlu çıxış edib.

71 kiloqram çəki dərəcəsində çıxış edən idmançı Yaponiyadakı “Saitama Super Arena”da baş tutan döyüşdə yerli Akira Okada ilə qarşılaşıb. O, ikinci raundda rəqibini nokaut edib.

Bu, T.Musayevin ümumilikdə 21-ci, nokautla 17-ci qələbəsi olub.

Qeyd edək ki, əslən Bolnisi rayonun Kəpənəkçi kəndindən olan Tofiq Musayev 1989-cu ildə Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində anadan olub.


Print Email
FaceBook Twitter Google