Marneuli meriyası “Tsereteli” komandasına forma və ayaqqabıların alınmasına 8414 lari xərcləyib
2 sentyabr tarixində Tsereteli kənd futbol meydançasında Marneuli və Dmanisinin həvəskar futbol komandaları arasında oyun baş tutub. “Həvəskarlar liqası 2023” Gürcüstanın bütün bələdiyyələrində həyata keçirilir. Birinci mərhələdə oyunlar bələdiyyələrdə keçirilir, növbəti mərhələdə isə bələdiyyələr bir-biri ilə qarşılaşırlar və birincilik uğrunda mübarizə aparırlar.

Marneulinin “Tsereteli” komandası Dmanisini 5-0 hesabı ilə məğlub edib və növbəti mərhələdə oynamaq hüququ qazanıb. Marneuli yerli özünüidarəsi “Gürcüstan Həvəskar Futbol Assosiasiyası”-nın tələbindən sonra “Tsereteli” komandasına futbol formaları və ayaqqabılar alıb.

“Bildiyiniz kimi, qeyd olunan çempionat 20 iyunda Marneuli bələdiyyəsində başlayıb, 12 həvəskar futbol komandası iştirak edirdi. Çempionat 20 iyulda başa çatıb.

“Gürcüstan Həvəskar Futbol Assosiasiyası” adından təşkialtçılıqda və turnirin yüksək səviyyədə keçirilməsində göstərdiyiniz yardıma görə minnətdarlığımızı bildiririk. Bildirmək istəyirik ki, Marneulinin bələdiyyə mərhələsinin qalibi “Tsereteli” həvəskar komandası olub”.

Bələdiyyədən sonra regional mərhələ başlayacaq. Marneulinin bələdiyyə mərhələsinin qalib komandasına Kvemo Kartlinin regional liqasında iştirak etmək hüququ verilir.

Bələdiyyələr regional mərhələdə iştirak edən, onları təmsil edən komandaları forma və nəqliyyatla təmin edəcəklər”,
– Gürcüstanın Həvəskar Futbol Assosiasiyası tərəfindən Marneuli merinə yazılmış müraciətdə qeyd olunub.

Marneuli meriyası “Tsereteli” komandasına forma və ayaqqabıları sadələşdirilmiş qaydada “SBM Team” MMC-dən alıb. Meriya futbol komandasına müxtəlif idman geyimlərinin almaq üçün 3531 lari xərcləyib. 19 dəst futbol ayaqqabılarına isə 4 883 lari ödəyib.

İndiki mərhələdə “Tsereteli” komandasının növbəti oyununun kiminlə və nə zaman baş tutacağı məlum deyil.

Print Email
FaceBook Twitter Google