Xviça Kvaratsxelia “Qızıl top”a 30 namizəd arasında olub
İtaliyanın “Napoli”sinin və Gürcüstan millisinin 22 yaşlı futbolçusu Xviça Kvaratsxelia Fransanın “France Football” nəşrinin “Qızıl top”a 30 namizəd arasında yer alıb.


"Qızıl top"un qalibinin adı 30 oktyabr 2023-cü ildə Parisdə keçirilməsi planlaşdırılan tədbirdə açıqlanacaq. Həmin gün siyahıda qalan 29 futbolçunun hansı ardıcıllıqla paylanacağı bəlli olacaq.

Qızıl topun namizədləri bunlardır:
  • Julian Alvarez
  • Nikolo Barela
  • Jude Bellingham
  • Kərim Benzema
  • Yasin Bono
  • Kevin De Bruyne
  • Ruben Diaş
  • Antuan Qrizmann
  • İlkai Gündoğan
  • Coşko Qvardioli
  • Erling Haaland
  • Harri Keyn
  • Randall Colo-Muane
  • Xviça Kvaratsxelia
  • Robert Levandovski
  • Emiliano Martinez
  • Lautaro Martinez
  • Kylian Mbappé
  • Lionel Messi
  • Kim Min-jae
  • Luka Modriç
  • Camal Musyale
  • Martin Odeqor
  • Andre Onana
  • Viktor Osimen
  • Rodri
  • Bucayo Saka
  • Məhəmməd Salah
  • Bernardo Silva
  • Vinisius Junior.

"France Football" 1956-cı ildən bəri ilin ən yaxşı oyunçusunu mükafatlandırır. “Qızıl top”un qalibini müəyyən etmək üçün keçirilən sorğuda dünyanın iki yüzə yaxın ölkəsindən idman nəşrlərinin jurnalistləri iştirak edir.


İndiyədək Kvaratsxelia UEFA Çempionlar Liqasının 2022/23 mövsümünün ən yaxşı gənc futbolçusu seçilib.

İtaliya A Seriyası gürcü hücumçunu 2022-2023 mövsümünün ən yaxşı oyunçusu kimi tanıyıb.

“Napoli” 33 illik fasilədən sonra İtaliya çempionu olub ki, bu da böyük ölçüdə Xviça Kvaratsxelianın sayəsində olub.

Print Email
FaceBook Twitter Google