“Beşiktaş” 39 yaşlı futbolçu ilə anlaşdı
“Beşiktaş” heyətinə yeni futbolçu cəlb edib.

İstanbul təmsilçisi İsveçrə millisinin sabiq yarımmüdafiəçisi Gökhan İnlerlə anlaşıb.

“Adana Demirspor”dan ayrılan 39 yaşlı futbolçu mövsümün sonuna qədər komandanın formasını geyinəcək. Gələn ilin yayında isə o, karyerasını bitirərək, klubda idman direktoru vəzifəsini icra edəcək.

Qeyd edək ki, Gökhan İnler daha əvvəl 2016/17 mövsümündə də “Beşiktaş”da çıxış edib və Türkiyə çempionu olub.

Mənbə: oxu.az
Print Email
FaceBook Twitter Google