Rafael Nadal “Real Madrid”in prezidenti olmaq istəyir
Dünya tennisinin keçmiş bir nömrəsi və Böyük Dəbilqənin 22 qat qalibi olan ispaniyalı Rafael Nadal gələcəkdə “Real Madrid” futbol klubunun prezidenti olmaq istəyir.

Bu barədə məşhur idmançı açıqlamasında bildirib:

“Gələcəkdə “Real Madrid”in prezidenti olmaq? Düşünürəm ki, bəli, bunu istərdim. İndi “Real Madrid”in ən yaxşı prezidenti var. Həyatda çoxlu müxtəlif gözlənilməzlik olur. Hər şeyi zaman göstərəcək”.

Qeyd edək ki, R.Nadal “Real Madrid” azarkeşidir.

Xatırladaq ki, 2009-cu ildən “kral klubu”nun prezidenti postunu Florentino Peres tutur.

Mənbə: oxu.az
Print Email
FaceBook Twitter Google