Aşağı Güləver kəndi üçün stadion və parkın tikilməsi üçün futbol yarışı keçirilib
Aşağı Güləver kəndi üçün stadion və park – "Salam" və Aşağı Güləver (Qeta) kəndinin gəncləri arasında futbol oyunu bu şüarla baş tutub. Futbolla yanaşı stadiona toplaşmış yerli sakinlərdən 30 imza toplanıb, gənclər stadionun və parkın tikilməsi tələbi ilə yerli özünüidarəyə müraciət ediblər.

"Qeyd edək ki, Aşağı Güləver gəncləri arasında futbol oyunu kifayət qədər məşhurdur. Kəndin həvəskarlar klubu kəndlərarası turnirlərdə həmişə xüsusi yer tutur. Eləcə də 14-18 yaşlı gənclərin futbol dərnəklərinə fəal getməsi də çox mühümdür. Bir neçə nəfər isə artıq xaricdə sınaqlarda iştirak edib", – Salam platforması yazır.

“Salam”da birləşmiş gənclər və Aşağı Güləver kəndinin gənclər hesab edirlər ki, park və stadionun tikilməsi gənclərin inkişafına, sağlam həyat tərzinin məşhurlaşdırılmasına, kənddə fərqli, gözəl yerin yaradılmasına dəstək olacaq.

"Ümid edirik ki, Bolnisi Bələdiyyə Məclisi və meriya gənclərin tələbini nəzərə alacaq və lazımı maddi resurslar ayıracaq ki, 2024-cü ildə Aşağı Güləverdə gənclər özlərini inkişaf etdirə bilsinlər, futbol oyunlarına daha da həvəslə davam etsinlər", – Salam yazır.

Tədbir "Vətəndaş cəmiyyətinin sosial iqtisadi və siyasi həyatda bərabər, tam iştirakı üçün gücləndirilməsi" layihəsi çərçivəsində baş tutub. Layihəni Avropa İttifaqının maliyyə dəstəyi ilə HEKS EPER Georgia həyata keçirilir.

Print Email
FaceBook Twitter Google